Azərbaycan Premyer Liqasının XIX turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (3:1) sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırdı.
Aut.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Maraqlı oyun idi. Üçüncü-dördüncü dövrə bizim üçün maraqlı olacaq. Komandamdan razı qaldım. “Qarabağ”ı təbrik edirəm.
– Komanda 1 və 2-ci dövrədə daha yaxşı çıxış edirdi. Düşünürdük ki, fasilədə bəzi boşluqlar doldurulsun. Amm bu gün müdafiədə çatışmazlıqlar hiss olunurdu…
– Bu gün yeni yaramış “Araz- Naxçıvan” Avroliqada komandaları çökdürən kollektivə qarşı oynayırdı. Burda səhvlərimiz görünməli idi. “Qarabağ”la başa-baş oynaya bilməzdik. Oyunçularımızı sınamağa çalışırdıq. “Qarabağ”a qarşı oynamaq çətindi. Bacardığımız qədər yaxşı çıxış etməyə çalışdıq.
– Legionerlər dəvət olunacaq?
– İstəyirik dəvət edək. Seleksiyalarımız davam edir. Yaxşı oyunlarımızdan sonra yəqin ki, gələnlər olacaq. Qol yollarında problemlər var. Hücum xəttini gücləndirmək istəyirik.
– İlk hissəyə nisbətən ikinci yarıda daha yaxşı çıxış etdiniz. Sizcə, bütün oyunda belə çıxış etmək üçün nə çatmadı?
– “Qarabağ” qarşımızda sədd qoyurdu. Onlar imkan verdikcə oynayırdıq. İkinci hissədə ola bilsin ki, bəzən pressinq etdik, uğurlu alındı.
– Hakimlikdən razısınız?
– Onlar barəsində nəsə demək olmaz. Gəncdirlər, ciddi səhvləri olmadı.
– Maşikeni əvəz etdiniz. Bu nə ilə bağlı idi?
– Hər bir oyunçunun funksiyası var. Bəzən futbolçunu buraxırıq ki, rəqibi yorsun. Düşündük ki, Maşike ilə rəqibini birinci hissədə yoraq, ikinci hissədə isə Orxan Əliyevlə nələrəsə nail olaq.