İtaliya

Kapello onu müdafiə etdi: Qələbə qazananda da söyülür

Fabio Kapello hesab edir ki, Massimiliano Alleqri həddən artıq tənqidə məruz qalır.

Aut.az xəbər verir ki, Kapello Alleqrinin buna layiq olmdığını bildirib.

“Qələbə qazandığı illərində də onu söyürdülər, amma son vaxtlar tənqidlər daha çox olub. Həqiqət budur ki, karyerası onun sözüdür. Alleqri hörmətə layiqdir.

Onun matçın sonundakı davranışı məni təəccübləndirdi. Yəqin ki, bunun daha dərin mənası var idi. Cintolinin gəlişi ilə “Yuventus”dakı atmosfer dəyişdi və o bunu hiss etdi. Bəlkə də yaralı qürur kuboku qazandıqdan sonra ortaya çıxdı.

Bu mövsüm “Yuve” ” İnter” və “Milan” a uduzub. Daha əvvəl heç nə qazanmayan oyunçularla titul əldə etmək çox vacibdir. Qələbələr yeni mentalitet yaradır.

Lakin səviyyəni yüksəltmək üçün “Yuventus” pul xərcləməli olacaq. Komandaya 3-4 güclü oyunçu lazımdır”, – “Milan”ın və “Yuventus” un keçmiş baş məşqçisi deyib.

Aut.az