Tennis

Əfsanələr birgə reklama çəkildi: Qulaqlarımı hiss etmirəm

Keçmiş dünyanın 1 nömrəli ispan tennisçisi Rafael Nadal və 20 qat Böyük Dəbilqə çempionu isveçrəli Rocer Federer 2024-cü il Olimpiya oyunlarının tərəfdaşı olan “Louis Vuitton” üçün reklam kampaniyası üçün birgə çəkilişlərdə iştirak ediblər.

Aut.az xəbər verir ki, çəkiliş zamanı qarlı hava ilə bağlı hissləri ilə bağlı sualı cavablandırıblar:

Nadal. Mən qarlı İsveçrədə yaşayan Rocer kimi qar yağmağa öyrəşməmişəm.

Federer. İlk dəfə qar gördü!

Nadal. Qulaqlarımı hiss etmirəm, amma hər şey qaydasındadır.

Qeyd edək ki, Rafael Nadal və Rocer Federer bir-birilərinə qarşı 40 oyun keçiriblər. Onlardan 24-də ispaniyalı tennisçi qələbəni bayram edib, 16 görüşdə isə isveçrəli qalib gəlib. 40 oyundan 23-ü ATP turnirlərinin finalına təsadüf edib.

Əfsanələr birgə reklama çəkildi: Qulaqlarımı hiss etmirəm