Riçardla razılaşmadı, onu görün kimlə müqayisə etdi
“Uimbldon 2022”nin finalçısı, avstraliyalı tennisçi Nik Kyrgios maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, daha əvvəl dünyanın bir nömrəli tennisçi Novak Cokoviçi basketbol əfsanəsi Maykl Cordanla müqayisə edən fransız atlet Riçard Qasketə cavab verib:
“Xeyr, Novak LeBron Jamesdir. LeBron, demək olar ki, 40 yaşında hələ də güclüdür. Maykl Cordan daha tez parlamağı dayandırdı. Artıq o yaşda dominant oyunçu deyildi”.
Xatırladaq ki, Cokoviç “Australian Open 2024”də titulunu qoruya bilməyib. O, yarımfinala çıxıb və burada gələcək çempion italiyalı Yannik Sinnerə dörd setdə uduzub.
