İtaliya yığmasının sabiq üzvü karyerasını bitirdi
37 yaşlı italiyalı hücumçu Françesko Kaputo karyerasını başa vurduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu haqda futbolçu sosial şəbəkədə məlumat verib.
“Bu gün həyatımın vacib bir fəslini bağlayıram, amma yenisini açıram. Bu vida deyil, bu yeni başlanğıcdır. Tezliklə görüşərik, həmişəkindən daha hazır və güclü”, – Kaputo yazıb.
Françesko karyerası ərzində A seriyasında 206 (69 qol) və B seriyasında 300 oyun keçirib (117 qol). Peşəkar karyerası ərzində o, İtaliyanın bir çox klublarında – “Empoli”, “Sassuolo”, “Sampdoriya” və bir çox başqa klublarda çıxış edib. O, İtaliya millisində iki oyun keçirib və bir qol vurub.
Aut.az
