“Mercedes”in Ferstappen planı var? – Rəsmi açıqlama
“Mercedes” komandasının rəhbəri Toto Volff komandanın pilotları – Corc Rassel və Kimi Antonellidən birini əvəz etmək üçün dördqat Formula 1 çempionu Maks Ferstappeni dəvət etməyi planlaşdırıb-planlaşdırmadığını açıqlayıb.
Aut.az xəbər verir ki, “RacingNews365” Volffdan sitat gətirib:
“Bəli, biz heç nəyi dəyişdirmək istəmirik. Mən həmçinin Corca dedim ki, hazırkı sürücü heyətinin komandamız üçün çox yaxşı olduğunu düşünürəm. Hər ikisindən çox məmnunuq”.
Keçmişdə Maks Ferstappenin “Mercedes” də daxil olmaqla digər komandalara mümkün transferi ilə bağlı çoxsaylı media xəbərləri yayılmışdı. Bundan əlavə, hər iki sürücünün komandanın növbəti mövsüm üçün müqavilələri hələ rəsmi olaraq təsdiqlənməyib. Bir neçə nəşrə görə, Rassel yeni bir illik müqavilə imzalamağa yaxındır, lakin komanda hələlik bunu açıqlamayıb.
Aut.az
