Sensasion iddia: Ferstappen fasilə götürə bilər
“Alfa Tauri” (Toro Rosso) Formula 1 komandasının sabiq rəhbəri Frans Tost dördqat və hazırkı dünya çempionu Maks Ferstappenin 2025-ci il mövsümündən sonra bir il məzuniyyətə getməyə qərar verəcəyini istisna etməyib.
Aut.az xəbər verir ki, “RacingNews365” Tostdan sitat gətirib.
“Yeniləmə paketi həqiqətən yaxşı olmalıdır. Bu, həm “Ferrari”, həm də “Mercedes”ə aiddir. Əks halda, çempionat bitmiş hesab edilə bilər və “Maklaren” mövsümün sonuna qədər dominantlığını davam etdirəcək. Onda hətta Maks Ferstappen kimi böyük sürücü də bununla bağlı heç nə edə bilməyəcək.
Teorik olaraq, Maksın yeni qaydaları və mühərrikləri texniki nöqteyi-nəzərdən kimin daha yaxşı tətbiq etdiyini görmək üçün bir il fasilə verəcəyini və sonra geri dönəcəyini təsəvvür edə bilərdim. Bir şey dəqiqdir: hamı mümkünsə, komandada Maksın olmasını istəyir. Birincisi, ona görə ki, o, hər bir komandanı əhəmiyyətli dərəcədə yaxşılaşdırır, ikincisi isə başqa komanda ilə anlaşmasın deyə”, – Tost bildirib.
Aut.az
