Formula 1

Ferstappenin komandası “Mercedes”lə müqavilə bağladı

Dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Ferstappenin sahibi olduğu “Ferstappen Racing” komandası GT yarışları üçün avtomobillərin tədarükü ilə bağlı “Mercedes” ilə çoxillik müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bildirib. Komanda qarşıdan gələn “GT World Challenge Europe” mövsümündə “Mercedes-AMG GT3” avtomobilindən istifadə edəcək.

“Ferstappen Racing” şirkətinin “Mercedes-AMG GT3” avtomobilini “GT World Challenge Europe” yarışına daxil etmək qərarına gəlməsindən çox məmnunuq. “2 Seas Motorsport” sayəsində layihə artıq avtomobilimizlə çoxsaylı uğurlar və çempionluq titulları qazanmış yüksək təcrübəli bir komanda tərəfindən dəstəklənir. Buna görə də, bu son dərəcə iddialı və perspektivli layihədən, eləcə də həm “Sprint Cup”, həm də “Endurance Cup GT World Challenge Europe” yarışlarında daha bir yüksək səviyyəli rəqibin əlavə olunmasından çox məmnunuq”, – “Mercedes” nümayəndəsi Stefan Vendl müqavilənin imzalanması ilə bağlı şərhində bildirib.

Aut.az