Azərbaycan futbolu

“İmişli”nin yeni baş məşqçisi bəlli oldu

“İmişli”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Aut.az xəbər verir ki, Premyer Liqa təmsilçisini Fərid Namazov çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

UEFA Pro kateqoriyalı məşqçi karyerası ərzində “Qarabağ”, “Səbail”, Azərbaycanın aşağı yaş qrupları üzrə milli komandaları və U-21 yığmasında uğurla çalışıb.

Fərid Namazov “İmişli” ailəsinə yad sima deyil. Onun rəhbərliyi altında komanda 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasına vəsiqə qazanıb.

Qeyd edək ki, “İmişli” Jorj Kaşkilya ilə yollarını ayırıb.