Mourinyonun təkrar keçirilməsini istədiyi oyun – amma o hakim olmasın
Ulduz məşqçi Joze Mourinyo məşqçilik karyerasında hansı matçı təkrar oynamaq istədiyi ilə bağlı sualı cavablandırıb.
Aut.az xəbər verir ki, Mourinyo “Beast Mode On” podkastında gülərək deyib:
“Hansı matçı təkrar oynamaq istərdim? “Roma” və “Sevilya” arasında keçirilən Avropa Liqasının finalı. Yalnız hakim Entoni Teylor olmadan”.
2023-cü il Avropa Liqasının finalında Joze Mourinyonun rəhbərliyi altında “Roma” “Sevilya”ya penaltilərdə uduzdu (əsas və əlavə vaxt 1-1).
Oyundan sonra “Roma” Entoni Teylorun hakimliyindən narazılıq etdi.
Joze Mourinyo bu yaxınlarda “Real Madrid”in baş məşqçisi olub.
Aut.az
