Azərbaycanı Çempionlar Liqasında onlar təmsil edəcək
Azərbaycan basketbolu növbəti mövsümdə FIBA Basketbol Çempionlar Liqasında iki klubla təmsil olunacaq.
Aut.az xəbər verir ki, “Sabah” ardıcıl ikinci dəfə turnirin müntəzəm mövsümündə çıxış edəcək.
“Landau Lions” isə klub tarixində ilk dəfə Avropanın nüfuzlu turnirində mübarizə aparacaq və yarışa təsnifat mərhələsindən başlayacaq.
