Ronaldo üçün tarixin ən yaxşısı odur: Sürpriz ad – FOTO
“Mançester Yunayted”in keçmiş hücumçusu, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo “qırmızı şeytanlar”ın keçmiş hücumçusu Rude van Nistelroy haqqında fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Ronaldo bu barədə şəxsi YouTube kanalında danışıb.
“Rud van Nistelroy qol vurmaq bacarığı ilə mənim üçün tarixin ən yaxşısıdır”, – Ronaldo deyib.
Niderlandlı futbolçu 2001-2006-cı illərdə “Mançester Yunayted”də çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 219 matçda iştirak edib, 150 qol vurub və 30 məhsuldar ötürmə edib. 2006-cı ilin yayında o, “Mançester Yunayted”dən “Real”a keçib.

Aut.az
