İngiltərə

87 milyon azdır – “Nyukasl” “Tottenhem”dən nə qədər istəyir?

“Tottenhem” yarımmüdafiəçi Sandro Tonalini transfer etməyə çalışır, lakin “Nyukasl”la danışıqlar çətinləşir.

Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, “Tottenhem” italyan oyunçu üçün 75 milyon funt sterlinq (87 milyon avro) məbləğində ikinci təklif irəli sürüb. Lakin rədd cavabı alıb.

“Nyukasl Yunayted”in 26 yaşlı Tonalini təxminən 100 milyon funt sterlinqə (116 milyon avro) dəyərləndirdiyi bildirilir.

Sandro Tonali “Nyukasl”da 110 oyun keçirib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

Aut.az