Çempionlar LiqasıAlmaniyaİngiltərə

İngiltərədə Bundesliqanı “fermerlər liqası” adlandırırlar – Kompaninin cavabı

“Bavariya”nın baş məşqçisi Vinsent Kompani İngiltərədə bəzilərinin Almaniya Bundesliqasını “fermerlər liqası” adlandırmasına münasibət bildirib.

Çərşənbə günü, sentyabrın 17-də Münhen klubu Çempionlar Liqasının ümumi mərhələsinin ilk turu çərçivəsində “Çelsi” ilə qarşılaşacaq.

Aut.az xəbər verir ki, Kompani bu barədə oyundan əvvəl keçirilən mətbuat konfransında danışıb.

– Belə bir hiss var ki, İngiltərədə Bundesliqanı ciddi qəbul etmirlər. Onlar buna “fermerlər liqası” deyirlər. Hər iki liqanı yaxşı tanıyırsınız. Bundesliqanın səviyyəsini necə qiymətləndirirsiniz?

-Bəs Bundesliqada neçə oyunçu alıblar? Bundesliqada oyunçu transferinə nə qədər pul xərcləyiblər? Mən kiçik bir ölkə olan Belçikadanam. Belçikada insanlar həmişə digər böyük ölkələrə baxırlar və biz hər liqaya hörmət edirik.

Almaniyada insanlar Bundesliqaya, İngiltərədə Premyer Liqasına çox diqqət yetirirlər. Açığı, Premyer Liqa ilə digər çempionatlar arasında böyük maliyyə fərqi var. Bir gün bu problemi necə həll edəcəyimizi düşünməliyik. Bundesliqanın çoxlu istedadı var, İngiltərə komandaları buradan çoxlu oyunçu alıb. Ancaq sabah Premyer Liqa ilə Bundesliqa oynamayacaq.  “Çelsi” ilə qarşılaşan “Bavariya” olacaq.

Aut.az