İngiltərə

“Real” yeni ulduz tapdı: Sequndada oynayır

“Real” İspaniya Sequndasına çıxış edən “Tenerife”nin yarımmüdafiəçisi Aaron Martin ilə maraqlanır.

Aut.az “Diario AS”-a istinadən xəbər verir ki, Madrid nəhənginin rəhbərliyi 17 yaşlı futbolçunu gələcək ulduz kimi görür. “Los Blankos” planlarında Aaron dərhal klubun ikinci komandası “Kastilya”nın liderlərindən birinə çevirmək və gələcəkdə əsas komandaya qazandırmaqdır.

İspan futbolçunun karyerasına inamlı başlaması “Real”ı heyran edir. Martin üçün ödəniləcək məbləğ təxminən 2 milyon avrodur.

Qeyd edək ki, bu mövsüm Aaron klub səviyyəsində 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az