Ronaldo oğlunun futbolçu karyerasına şübhə edir? – FOTO
“Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo oğlunun onunla eyni zirvələrə çata biləcəyinə şübhə edir.
Aut.az xəbər verir ki, məşhur “İnstagram” hesabı “FC Motivate” 39 yaşlı futbolçunun oğlunun məşqində agenti Rikardo Rejufe ilə söhbətini yayıb.
Oğlunun gələcək futbolçu karyerası ilə bağlı hisslərini bölüşən Kriştiano agentə deyib:
“O, mən onun yaşında olandan daha böyükdür. Amma onun da mənim qədər ac olub-olmadığını görmək lazımdır”, – Ronaldo deyib.

Aut.az
