İspaniya

“Atletiko” “Barsa”nı şoka saldı: Ya 500 milyon, ya da…

“Atletiko Madrid” rəhbərliyi hücumçu Julian Alvaresin müqaviləsində göstərilən sərbəst qalma maddəsini ödəməsə, onun “Barselona” ya transferinə razılıq vermək niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb.

26 yaşlı futbolçunun “Atletiko” ilə müqaviləsi 2030-cu ilə qədərdir və onun transfer məbləği 500 milyon avrodur.

Argentinalı daha əvvəl Madrid klubundan ayrılmağa hazır olduğunu bildirmişdi.

Mənbənin məlumatına görə, “Atletiko Madrid” “Barselona”nın bütün təkliflərini qəti şəkildə rədd edir və Kataloniya klubuna qarşı məhkəmə iddiası qaldırmağı düşünür. Buna səbəb “Barselona”nın oyunçunun ailə üzvləri ilə birbaşa danışıqlar aparmasıdır ki, bu da müəyyən edilmiş qaydaları pozur.

“Barselona”nın Julian üçün ödəyə biləcəyi heç bir qiymət yoxdur. O, “Barselona”ya satılmayacaq. Ya 500 milyon avroluq sərbəst qalma bəndini ödəyəcək, ya da heç nə.

Neqreyra məsələsi və digər komandaların oyunçuları ilə sövdələşmələri səbəbindən hər kəs onların saxtakar klub olduğunu bilir”, – “Atletiko”dan AS-a verilən açıqlamada bildirilib.

Aut.az