Azərbaycan futbolu

“Şəfa”dan “Şahdağ Qusar”a

“Şahdağ Qusar” yeni futbolçu ilə anlaşıb.

Aut.az xəbər verir ki, bölgə təmsilçisi Vüqar Həsənovla müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli futbolçu ilə 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Vüqar Həsənovun son klubu “Şəfa” olub.