İslam onunla döyüşməkdən imtina edib?
UFC-nin yarımorta çəki dərəcəsində reytinq lideri, irlandiyalı İan Qarri bildirib ki, 10 may tarixində “UFC 328”-də 77 kq çəki dərəcəsində UFC çempionu İslam Mahaçevlə döyüşməli imiş.
Aut.az xəbər verir ki, jurnalist Ariel Helvani Qarrinin sözlərini sitat gətirib:
“Yanvar ayında mənə növbəti dəfə titul uğrunda döyüşəcəyim deyildi. Sonra apreldən danışıldı. Sonra 10 may üçün rəsmi təklif gəldi, amma İslam imtina etdi.
Sonra mənə dedilər ki, hər şeyi diqqətlə həll etməli və mümkün olan ən böyük döyüşlərdən birini – Topuriya ilə Mahaçev arasında Ağ Evdə döyüş təşkil etməlidilər.
Bildiyim qədəriylə İslam imtina edib. Sonda onlar əvvəlcə baş tutmalı olan döyüşü davam etdirdilər”.
Aut.az
