Di Mariya Messinin uğuruna belə reaksiya verdi – FOTO
Argentina millisinin keçmiş futbolçusu Anxel Di Mariya Lionel Messinin Dünya Kubokunda vurduğu qol sayına münasibət bildirib.
2026-cı il Dünya Kubokunun ikinci turunda Avstriyaya qarşı oyunda (2:0) 38 yaşlı argentinalı hücumçu dubl edərək mundialların final turnirlərində 18-ci qolunu vurub və Miroslav Klozeni keçib.
Aut.az xəbər verir ki, Di Mariya sosial mediada “Bu nə ağlasığmaz qnomdur!” (Avropa folklorunda mifoloji qəhrəman) yazıb və bir neçə alqış emojisi əlavə edib.

Aut.az
