Dünya futbolu

“Qarabağ”ın rəqibində yeni müqavilə

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Olimpiakos” futbolçusu Rodineylə müqaviləni yeniləyib. 

Aut.az klubun rəsmi saytına istinadla xəbər verir ki, tərəflər arasında 3 il müddətinə yeni müqavilə imzalanıb.

Rodiney  2022-ci ildən Pirey təmsilçisinin formasını geyinir. O, bu mövsüm Yunanıstan Superliqasında 4 oyunda 1 qol vurub, 1 qol ötürməsi verib.

Qeyd edək ki, “Qarabağ” “Olimpiakos”la yanvar 30-da səfərdə üz-üzə gələcək.