Hər kəsdən “onunla oynamağa razısınız” soruşsanız, “hə” deyər –Martinelli kimi deyir?
Braziliya millisinin hücumçusu Qabriel Martinelli Vinisiusla münasibətləri barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Martinelli DÇ-2026-da ilk iki oyunda az oynamasına da münasibət bildirib:
“Dünyadakı bütün oyunçulardan Vinisiusla oynamaqdan məmnun olub-olmadıqlarını soruşsanız, onlar “bəli” deyəcəklər.
Vinisius, Rafinya, Neymar, Kuney kimi bir çox möhtəşəm oyunçu ilə oynamaq fürsətinə sahib olduğumuz üçün çox sevinirik . Hücumda proaktiv olmaqdan zövq alırıq.
Bütün oyunçulara ehtiyacımız var. Birinci oyunda oynamadım, ikinci oyunda isə bir neçə dəqiqəm oldu, amma həmişə sakit qalmağa və fürsət yaranarsa hazır olmağa çalışıram. Bunu uşaqlara ötürməyə çalışıram.
Dünya çempionatı qısa sprintdir. İlk üç matçı buraxa bilərsiniz, amma vərəqə və ya zədə səbəbindən 1/4 finalda meydana çıxır və həlledici qolu vurursunuz ki, bu da çox vacib olur. Buna görə də hər kəs hazır olmalıdır”.
Aut.az
