Dünya futbolu

Kapitandan PSJ-yə bəd xəbər

PSJ-nin müdafiəçisi Markinyos komandasına növbəti iki oyunda kömək edə bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

31 yaşlı braziliyalının bərpasının 2–3 həftə davam edəcəyi planlaşdırılsa da, o, nəzərdə tutulandan bir qədər uzun müddət zədəlilər siyahısında qalacaq. Nəticədə Markinyos oktyabrın 17-də Liqa 1-də “Strasburq” və 21 4 gün sonra Çempionlar Liqasında “Bayer”ə qarşı oyunları buraxacaq.

Xatırladaq ki, Markinyos “Marsel”ə qarşı oyunda zədələnmiş və bu səbəbdən “Barselona” və “Lil”ə qarşı matçları buraxmışdı.

Aut.az