Ay qoca, gör necə yaraşıqlısan: Azar onu belə salamladı – VİDEO
Olivye Jiru “Lill”ə keçib. 38 yaşlı futbolçunu yeni klubunda ilk salamlayanlardan biri “Çelsi” və “Lill”in əfsanəsi Eden Azar olub.
Aut.az xəbər verir ki, 2012-ci ildə Jiru ilə birlikdə oynadığı “Stemford “Bric”ə köçməzdən əvvəl “Lill”də adından söz etdirən belçikalı keçmiş komanda yoldaşına gülməli video mesaj göndərib.
“Ay qoca! Gör necə yaraşıqlısan! Forma sənə çox yaraşır” deyə Azar zarafat etdi.
Jiru belə cavab verib: “Qırmızı mənə çox yaraşır, qırmızı. Mavi rəngi xoşlayıram, amma qırmızı mənə yaraşır. Mən gələndə sənin divarda çəkilmiş sifətini gördüm. Əladır”.
“Qardaş, bu mənim klubumdur, sən bunu bilirsən. İndi “Lill”in qayğısına qalmalısan”, – Azar deyib.
Aut.az
