Ronaldo Bağdada getmədi, “Əl-Nəsr”…
AFC Elit Çempionlar Liqasının 2024/25 mövsümünün 1-ci turunda “Əl-Nəsr” səfərdə “Əl-Şorta” ilə qarşılaşıb.
Aut.az xəbər verir ki, Bağdaddakı stadionda keçirilən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Əl-Nəsr”in ulduzu Ronaldo xəstəlik səbəbindən meydana çıxmayıb.
Hər iki qol ilk hissədə vurulub: 14-cü dəqiqədə Sultan Əl-Qannam “Əl-Nəsr”i hesabda irəli çıxarıb, 10 dəqiqə sonra isə Məhəmməd Davud İraq klubunun heyətində fərqlənib.
Aut.az
