Dünya futbolu

Ronaldonun “Əl-Nəsr” karyerası da bitdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu komandanın təcrübəli hücumçusu Kriştiano Ronaldonun gedişini elan etməyə hazırlaşır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış ispan nəşri “Marca” məlumat yayıb.

Bu gün, 29 may tarixində klub mətbuat konfransı keçirəcək. Orada heyət və idarəetmə daxil olmaqla bütün səviyyələrdəki çoxsaylı dəyişiklikləri açıqlanacaq.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatında mövsümü 70 xalla üçüncü pillədə başa vurub. Çempion olan “Əl-İttihad”la aradakı fərq 13 xal olub. Kriştiano Ronaldo turnirin ən məhsuldar oyunçusu kimi fərqlənib – 25 qol vurub.

40 yaşlı hücumçu 2023-cü ildən bu komandanın formasını geyinir, onun müqaviləsi bu yay başa çatır.