Dünya futbolu

Azərbaycan oynamış futbolçu Səudiyyə Ərəbistanına üz tutdu

“Neftçi”nin sabiq futbolçusu Devid Meza Kolli karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Aut.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “Ohod”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Devid daha əvvəl Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Qəbələ” və “Neftçi”də forma geyinib. Paraqvaylı futbolçunun son klubu Rumıniyada “Arges” olub.