Dünya futbolu

“Neftçi”nin legioneri oynadı?

Asiya Kubokunda 1/8 final mərhələsinin görüşləri davam edir.

Aut.az xəbər verir ki, “Neftçi”nin futbolçusu Ataa Caberin formasını geyindiyi Fələstin millisi Qətər seçməsi ilə qarşılaşıb. Matç Qətərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticədən sonra Fələstin yığması Asiya Kubokunda mübarizəni dayandırıb.

Ataa Caber bu oyunun iştirakçısı olmayıb. 29 yaşlı yarımmüdafiəçinin adı matçın iştirak ərizəsinə daxil edilməyib.