Boks

Azərbaycan boksçuları Özbəkistanda təlim-məşq toplanışına başlayıblar

Boks üzrə kadetlərdən ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışına başlayıb.

Aut.az xəbər verir ki, hazırlıq 15 gün davam edəcək.

Boksçular Buxarada yerli komanda ilə birgə məşq edib, sınaq döyüşləri keçirəcəklər.

Qeyd edək ki, toplanış Avropa birinciliyinə hazırlıq xarakteri daşıyır.