Kaşuk “Qarabağ”dan ayrılır?
“Qarabağ” klubunun ukraynalı cinah oyunçusu Aleksey Kaşuk komandadan ayrılmağı planlaşdırır.
Aut.az xəbər verir ki, Bu barədə jurnalist Fuad Alakbarov məlumat verib.
Onun sözlərinə görə, futbolçu Azərbaycan klubundakı mövqeyindən narazıdır və iki variantı – icarə və ya tam transferi nəzərdən keçirir.
“Qarabağ”ın məşqçilər korpusu isə 25 yaşlı vingerin oyunundan razıdır, lakin futbolçunun ayrılmasına da mane olmayacaq.
2024/25 mövsümündə Kaşuk klubun heyətində bütün turnirlərdə 38 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib. O, komanda ilə birlikdə ölkə çempionu olub.
Xatırladaq ki, Aleksey Kaşuk 2024-cü ilin əvvəlində “Şaxtyor”dan ayrıldıqdan sonra azad agent kimi “Qarabağ”a keçmişdi.
