Azərbaycan futbolu

“Kəpəz”in sponsoru açıqlandı – RƏSMİ

“Kəpəz” klubunun yeni forma sponsoru bəlli olub.

Aut.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Unibank” Gəncə təmsilçisi ilə əməkdaşlığa başlayıb.

Tanınmış bank paylaşımında bu cür yazılıb:

“Unibank Gəncənin qüruru, Azərbaycan futbolunun əfsanəsi – Kəpəz Futbol Klubunun sponsoru oldu! Bu sadəcə bir klub dəstəyi deyil – bu, Gəncədə yenidən alovlanan futbol həyəcanına, tribunaları dolduran coşquya, gənclərin qəlbində boy atan idman ümidlərinə verilən böyük bir nəfəsdir.

Yaşasın futbol!
Yaşasın Kəpəz!
Yaşasın bu ruhu yaşadan hər kəs!”.