İspaniya

Tanınmış məşqçi özünü “Barselona”ya təklif etdi

“Çelsi”, “Yuventus” və “Tottenhem” kimi klubların keçmiş baş məşqçisi Antonio Konte özünü “Barselona”ya təklif edib.

Aut.az xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kataloniya təmsilçisi hələlik təklifə cavab vermək üçün heç bir addım atmayıb. Qeyd edilir ki, “Barsa” Kontenin namizədliyinə müraciət edə bilər, lakin indiki mərhələdə o, klubun maraqlandığı məşqçilərin qısa siyahısında belə yoxdur.