Ərəblər onu aldadıblar
“Barselona”da icarə əsasında çıxış edən “Əl-Hilal”ın müdafiəçisi Joao Kanselo Səudiyyə Ərəbistanı klubunda baş verən xoşagəlməz hadisə ilə bağlı danışıb.
Portuqaliyalı futbolçu qış transfer pəncərəsində “Barsa”ya qoşulub. İcarə müqaviləsi mövsümün sonuna qədər qüvvədədir.
Aut.az xəbər verir ki, “Barca Universal” Kanselonun sözlərini sitat gətirib:
“Əl-Hilal”da məni aldatdılar. Klub məni liqa oyunlarına qeydiyyatdan keçirəcəyinə söz vermişdi, amma son tarix çatanda heyətə daxil edilmədim. İnsanlar tez-tez deyirlər ki, xarakterim pisdir, amma mən sadəcə sözümə əməl edirəm və heç vaxt sözümdən dönmürəm”.
Müxtəlif media xəbərlərinə görə, “Barselona” 31 yaşlı futbolçunu saxlamaqda maraqlıdır. Müdafiəçinin özü də Kataloniyada qalmaq istəyir.
Aut.az
