Dünya futbolu

Barmaq gicgahda: ölkədə baş verənlərə belə etiraz etdilər – FOTO  

Konqo DR milli komandasının futbolçuları Kot-d’İvuarla Afrika Kubokunun 1/2 final mərhələsinin oyunu öncəsi himn səsləndirilərkən ölkə əhalisinə dəstək əlaməti olaraq aksiya keçiriblər.

Aut.az xəbər verir ki, stadionda himn səslənərkən oyunçular barmaqlarını gicgahlarına qoyub ağızlarını bağlayıblar. Bu aksiya son günlər döyüşlərin getdiyi Konqo Demokratik Respublikasının əhalisinə dəstək məqsədi daşıyıb.

Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Konqo DR komandasına Fil Dişi Sahili ilə matçda qara sarğı taxmaq qadağan edilib.

Qarşılaşma Kot-d’İvuarın qələbəsi ilə başa çatıb – 1:0.

Barmaq gicgahda: ölkədə baş verənlərə belə etiraz etdilər – FOTO