Alonso Luninlə bağlı mövqeyini açıqladı
“Real Madrid”in baş məşqçisi Xabi Alonso komandanın qapıçıları arasında oyun vaxtının bölüşdürülməsi və ukraynalı Andriy Luninin gələcəyi barədə danışıb.
Aut.az xəbər verir ki, Alonso bu barədə klubun rəsmi saytında bildirib.
“Həmişə tam hazır olmalısınız – zədələr və digər hallar hər an yarana bilər. Tibo Kurtua kimi əla qapıçımız var. Lakin Lunin həm etibarlı, həm də əla formada olduğunu göstərdi.
Qarşıdakı turnirlərdə işlərin necə gedəcəyini görəcəyik. “Kral Kuboku” dekabrda başlayır – bəlkə də o zaman şansını qazanacaq. Hələ oynamasa belə, onun formada qalması vacibdir”.
Lunin bu mövsüm “Real Madrid”in heyətində bir oyun da keçirməyib.
Aut.az
