İspaniya

CAS “Barsa”nın yox, UEFA-nın tərəfini tutdu

İdman Arbitraj Məhkəməsi (CAS) 2022/23 mövsümündə maliyyə pozuntularına görə “Barselona”nı 500 min avro cərimələyən UEFA-nın qərarını qüvvədə saxlayıb.

Aut.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

Məhkəmə belə qənaətə gəlib ki, Kataloniya klubu maliyyə feyr-pley qaydalarının iki bəndini pozub. Ona görə də cərimə əsaslı hesab edilib.

“Barselona” səhv hesabata görə pul sanksiyalarına məruz qalıb. UEFA-nın Maliyyə Nəzarəti Palatası bildirib ki, klub 2022-ci il hesabatında qeyri-maddi aktivlərin satışından əldə etdiyi mənfəəti səhv bəyan edib və bu, qaydalara əsasən gəlir hesab edilmir. “Barsa” cərimənin ləğvi üçün apellyasiya şikayəti verib və rədd edilib.