Qriliş Messiyə deyib: Qvardiola sənə görə bizi danlayır, deyir ki…
Cek Qriliş Lionel Messini “Mançester Siti”yə necə cəlb etməyə çalışdığı barədə danışıb.
Aut.az xəbər verir ki, Qriliş bu barədə İngiltərə mətbuatına bildirib.
“Siti” – PSJ ilə oynayanda onu ilk dəfə meydanda gördüm. Fasilədə ona yaxınlaşıb dedim: “Salam, Messi, Qvardiola səni çox sevir”.
O, güldü. Sonra davam etdim: “Xahiş edirəm, “Siti”də bizim üçün oynayın. Çünki Qvardiola həmişə bizi danlayır və deyir: “Messi bunu etdi, Messi bunu etdi”. Əgər gəlsəniz, o, artıq bizə qəzəblənməyəcək”.
Messi gülümsəyərək cavab verdi: “Dediklərinizi başa düşdüm”. Əl sıxdıq və o, getdi”, – Qriliş deyib.
Aut.az
