Konfrans Liqası

Konfrans Liqasında final günü

Bu gün UEFA Konfrans Liqasının finalı keçiriləcək.

Aut.az xəbər verir ki, həlledici qarşılaşmada İngiltərə və İspaniya təmsilçiləri – “Kristal Pelas və “Rayo Valyekano” üz-üzə gələcək.

Almaniyanın Leypsiq şəhərində keçiriləcək həlledici görüş saat 23:00-da keçiriləcək. Matçı italiyalı Maurisio Marianinin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, bu, avrokuboklarda ikinci finaldır. “Aston Villa” Avropa Liqasının qalibi olub. Çempionlar Liqasının finalı isə mayın 30-da keçiriləcək. həlledici matçda PSJ və “Arsenal” üz-üzə gələcək.

UEFA Konfrans Liqası, final

27 may

23:00 Kristal Pelas – Rayo Valyekano

Aut.az