Dünya futbolu

FİFA-dan Braziliyaya şok xəbərdarlıq – Nə baş verir?

FİFA Braziliyaya xəbərdarlıq edib.

Aut.az xəbər verir ki, buna səbəb Braziliya Futbol Konfederasiyasının (CBF) fəaliyyətinə kənar müdaxilənin olmasıdır.

Yanvarda təşkilata yeni prezident seçilərsə, milli komandalar və klublar beynəlxalq yarışlardan uzaqlaşdırıla bilər. Bu barədə “Associated Press” məlumat yayıb.

Mənbənin məlumatına görə, CBF-yə göndərilən məktubda FİFA bildirib ki, ölkənin futbol qurumu prezidenti Ednaldo Rodriqesi postunda saxlamasa və növbədənkənar seçki keçirməmək çağırışına məhəl qoymasa, belə qərar veriləcək.