Asiya kubokunda bilet satışından əldə olunan bütün gəlir Fələstinə veriləcək
Qətər Futbol Assosiasiyasının rəhbəri Şeyx Həməd bin Xəlifə Əl Tani qarşıdan gələn Asiya Kubokunun oyunlarına bilet satışından əldə olunan pulun Fələstin xalqına yardım üçün bağışlanacağını bildirib.
“Fələstində baş verən son hadisələri nəzərə alaraq, bu çətin dövrdə qardaş və bacılarımıza dəstək olmaq üçün bütün lazımi yardımı göstərməliyik. Beləliklə, Qətərdə keçirilən Asiya Kubokunda bilet satışından əldə olunan gəliri Fələstinə bağışlamaq qərarına gəldik. Yardım göstərən tərəfdaşlarımızla işləyərək, bu birgə sosial təşəbbüsün ən çox zərər çəkənlərə fayda verəcəyinə və futbolun insanlara ən çətin anlarda dəstək mexanizmi kimi öz rolunu yerinə yetirəcəyinə əmin olacağıq”, – RİA Novosti Əl Tanidən sitat gətirib.
Asiya kubokunun oyunları 2024-cü il yanvarın 12-dən fevralın 10-dək Qətərdə keçiriləcək.
Aut.az
