Son dəqiqə: Kampos Mourinyoya zəng etdi
Luis Kampos “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə əlaqə saxlayaraq onun PSJ-yə keçidini müzakirə edib.
Aut.az “Foot Mercato”ya istinadla xəbər verir ki, PSJ-nin futbol müşaviri gələcək əməkdaşlıqla bağlı “Roma”nın baş məşqçisinə zəng edib.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, Paris klubunun bəzi futbolçuları Kristof Qaltyedən narazıdırlar. Bunu nəzərə alan rəhbərlik vəziyyətin daha da pisləşəcəyi təqdirdə, nə edəcəyi haqda plan qurur.
PSJ-də hər məşqçi dəyişikliyində Mourinyonun adı hallanır. Kampos Xosenin böyük pərəstişkarıdır, onların yaxşı münasibəti var.
Qeyd olunur ki, PSJ ilə “Roma” arasında hələlik təmaslar olmasa da, parislilərin prezidenti Nasser Əl-Xelaifi ilə “canavarlar”ın sahibi Den Fridkin arasında isti münasibət var. Mourinyonun İtaliya klubu ilə müqaviləsi 2024-cü ilə qədərdir.
