Çin səfəri ləğv edildi – Messi problemlə üzləşdi
“İnter Mayami”nin noyabrın əvvəlinə planlaşdırılan Çin turu ləğv edilib.
Publika.az xəbər verir ki, MLS klubu səfər çərçivəsində Çində bir neçə görüş keçirməli idi. Çinli təşkilatçılar turun ləğvini Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Ketsyanın vəfatı ilə izah ediblər.
“Turun promouteri NSN, “İnter Mayami”yə gözlənilməz hallar səbəbindən Çinə turun ləğv edildiyini bildirdi. “İnter Mayami”, dünyanın hər yerindən inanılmaz azarkeşlər qarşısında matçlar oynayaraq, qlobal varlığını artırmaq ambisiyalarını davam etdirir.
Klub NSN ilə birlikdə gələcəkdə bu məqsədə çatmaq üçün imkanları araşdırmağa davam edəcək”, – Florida klubunun açıqlamasında deyilir.
Turun ləğvi “İnter Mayami”nin 36 yaşlı hücumçusu Lionel Messi üçün əlavə problemlər yaradıb. Çindəki matçlar ona, Argentinanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Uruqvaya və noyabrın 21-də Braziliyaya qarşı keçirəcəkləri qarşılaşmalardan əvvəl oyun praktikası təmin etmək məqsədi daşıyırdı.
Aut.az
