KDÇ-nin favoriti bu komandadır: Superkompüter açıqladı
“Opta” superkompüteri 1/8 final mərhələsinin başa çatmasından sonra KDÇ-2025də komandaların şanslarını dəyərləndirib.
Aut.az xəbər verir ki, superkompüter “Çelsi”sinin qələbə ehtimalını 26,8% həddində müəyyənləşdirib.
PSJ 24,9%, “Real”ın isə 16,9% qələbə şansı var. Ən aşağı şanslar “Fluminense” (1,5%) və “Palmeyras”dır (3%).
Superkompüter hesab edir ki, “Çelsi” “Palmeyras”la oynayacağı 1/4 final mərhələsini (74,8%) keçmək üçün digərlərindən daha şanslıdır.
“Fluminense” 1/4 finalda “Əl-Hilal”, PSJ “Bavariya”, “Real” isə “Borussiya” ilə qarşılaşacaq.
Aut.az
