Azərbaycan futbolu

“Neftçi” İqor Ribeyro ilə müqavilə bağladı – RƏSMİ

“Neftçi” “Araz-Naxçıvan”ın müdafiəçisi İqor Ribeyro ilə müqavilə bağlayıb. 

Aut.az  xəbər verir ki, braziliyalı futbolçu 2 illik müqaviləyə imza atıb.

“Araz-Naxçıvan” ilə razılaşmaya əsasən, Ribeyro bu komandanın UEFA Konfrans Liqasının ilk mərhələsindəki oyunlarından sonra “Neftçi”yə qoşulacaq.

28 yaşlı futbolçu ilə müqavilə avqustun 1-də qüvvəyə minəcək.