Bu rəzalətin necə baş verdiyini anlamır
“Bavariya”nın idman direktoru Kristof Froynd Münhen klubunun üçüncü liqada çıxış edən “Saarbrüken” tərəfindən (1:2) Almaniya kubokundan kənarlaşdırılmasına münasibət bildirib.
“Bu, sadəcə olaraq qəbuledilməzdir! Komandanın ilk hissədə necə zəif oynadığını başa düşə bilmirəm.
Cəsarət, sürət, aqressivlik yox idi. Belə oyunla “Bavariya” heç bir ciddi rəqiblə rəqabət apara bilməyəcək. Böyük məyusluq…” jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Froynddan sitat gətirib.
“Bavariya” üzərində qələbə sayəsində “Saarbrüken” Almaniya kubokunun 1/8 finalına yüksəlib.
Aut.az
