Problemin 10 illik həlli: “Bavariya” “Real”ın istedadına göz dikib
“Bavariya” “Real”ın mərkəzi müdafiəçisi Raul Asensio ilə maraqlanır.
Aut.az xəbər verir ki, bu barədə İspaniyanın “Todofichajes” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Bundesliqa klubu yaxın 10 il ərzində mərkəz müdafiəçisi mövqeyini doldura biləcək oyunçu axtarır və 21 yaşlı Raul uyğun namizəd kimi görünür.
2024/25 mövsümündə Raul Asensio “Real”ın əsas heyətində 6 oyun keçirib, 1 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun dəyərini 300 min avro qiymətləndirir.
Aut.az
