Dünya cempionatıDünya futbolu

Xalqdan üzr istədi: Amma bu kifayət deyil

Uruqvay millisinin qapıçısı Fernando Muslera 2026-cı il dünya çempionatında etdiyi səhvlərə görə ölkəsindən və azarkeşlərdən üzr istəyib.

40 yaşlı qapıçı  Dünya Kubokunun qrup mərhələsinin İspaniya ilə oyununun (0-1) ilk hissəsində həlledici səhvə yol verib. O, fasilədə əvəzlənib.

Uruqvaylılar qrup mərhələsini keçə bilməyiblər.

Aut.az xəbər verir ki, Muslera oyundan sonra deyib:

“Mən heç vaxt heç kimdən gizlənməmişəm və həmişə çətinliklərin üzünə baxmışam. Bu, bütün uruqvaylılarla danışmaq üçün yaxşı bir yoldur.

Futbola görə bu qədər əziyyət çəkəcəyimi heç vaxt düşünməmişdim. Təəssüf ki, bütün hazırlıqlarıma baxmayaraq, Dünya Kubokunda yaxşı çıxış edə bilmədim. Komandadan və bütün Uruqvay xalqından üzr istəyirəm, amma bu, kifayət deyil”.

Aut.az