Gözlənilməz istefa
Yaroslav Şilqavi gözlənilmədən Çexiya millisinin baş məşqçi postunu tərk edib.
Aut.az xəbər verir ki, bu, yığmanın Avro-2024-ün final mərhələsinə birbaşa vəsiqə qazanmasından dərhal sonra baş verib. O, mətbuat konfransında istefaya verdiyini açıqlayıb.
62 yaşlı məşqçi bildirib ki, onun üçün ictimai təzyiqlərə tab gətirmək çətinləşib. İstefa qərarını əvvəlcədən verdiyini və hətta Moldova ilə oyundan əvvəl federasiya prezidenti Petr Foçekə gedəcəyi ilə bağlı xəbərdarlıq etdiyini deyib.
Yaroslav Şilqavi 2018-ci ildən Çexiya millisini çalışdırır. Onun bu postdakı əsas uğuru komandanın rəhbərliyi altında Avro-2020-nin 1/4 finalında oynaması olub.
Çexiyalılar seçmə mərhələnin son oyununda Moldova yığmasını 3:0 hesabı ilə məğlub ediblər. Nəticədə 15 xal toplayan yığma ikinci yeri tutaraq final mərhələsində mübarizə aparmaq imkanı qazanıb.
