Dünya futbolu

Milevskidən Əliyevə sərt cavab: Bu Xabarovsk buğası kimi…

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq hücumçusu, 39 yaşlı Artem Milevski “Dinamo”nun keçmiş futbolçusu Aleksandr Əliyevin tənqidi fikirlərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, Əliyev daha əvvəl bildirmişdi ki, Milevski artıq onun üçün mövcud deyil.

Daha əvvəl isə Milevski Əliyevin onun səhhəti barədə ictimaiyyətə açıqlama verməsini “çox axmaq hərəkət” adlandırmışdı.

“Əliyev niyə belə reaksiya verdi? Sadəcə dedim ki, hər şeyi mediaya çatdırmağa ehtiyac yoxdur. Hamısı budur. Heç kimə qarşı kobudluq etmədim və kiminsə adını çəkmədim. Mən bu Xabarovsk buğası kimi necə danışacağımı belə bilmirəm və bunu etməyəcəyəm. Mən bu adamın səviyyəsinə enməyəcəyəm”, – Milevski deyib.

Aut.az