Dünya futbolu

Yaratdığınız sehr qəlbimizdə əbədi qalacaq – İnfantinodan reaksiya

FİFA prezidenti Canni İnfantino 40 yaşlı Andres İnyestanın karyerasını bitirmək qərarına münasibət bildirib.

“Parlaq karyeranız münasibətilə sizi təbrik edirəm. İspaniya ilk dəfə dünya çempionu olanda, finalında qələbə qolunu vurdunuz və üç dəfə Klublararası Dünya Kubokunu qazanmaqla bütün dünyada azarkeşləri sevindirdiniz.

Bütün xatirələr üçün təşəkkürlər – sizi topla görmək çox xoş idi. Yaratdığınız sehr bizim qəlbimizdə əbədi qalacaq və sizə hər şeyin ən yaxşısını arzulayıram”, – İnfantino sosial şəbəkədə yazıb.

Aut.az